ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Milli Ordumuzun zabiti, Şəhid Cavid Səfərlinin anası, əzizimiz Xatirə xanım! Yeni yaşın noyabr ayının 7-si Zəfər Günlərinə düşür.
Hamımız sevinc içində tam və yetkin qələbəmizin tarixi günün yaşayırıq. ZƏFƏR TARİXİ neçə-neçə Vətən övladlarının qanı bahasına başa gəlib.
Allah Təala o Vətən aşiqi olan Şəhidlərimizə rəhmət eləsin, qazi qardaşlarımıza cansağlığı versin! Nə yaxşı ki, onlar qəhrəmanlıq nümünəsi göstərdi, nə yaxşı ki, Ali Baş Komandanımız öz "Dəmir yumruğ"unun sonsuzluğuna getdi.
Xatirə xanım, Siz qururlu, fəxarətli bir Azərbaycan xanımısınız! Ana kimi Cavidimizin qəlbində ilk Vətən sevgisi ailədə yarandı, boy atdı. Əbəs yerə deməyiblər ki, ailə tərbiyəsini əvəz edə biləcək bir tərbiyə forması yoxdur. Sizi və ailə üzvləriniz- Cavidin atası Xaliq Səfərovu, bacısı Şərqiyyə xanımı, qardaşı Şahin bəyi Zəfər Günü münasibətilə TƏBRİK EDİRİK!
Ölkədə Zəfər Tariximizin möhtəşəm günü qeyd edildiyi bir vaxtda Sizin təvəllüd gününüzdür. Xatirə xanım, yeni yaşın çox mübarək! Təbrik edib, uğur, cansağlığı və gözəl günlər arzulayırıq!
Sizi kimi qəhrəman böyüdən hər bir ana, övladı kimi hərb tariximizdə əbədiyaşardı.
Səxavət Tağıar
MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.