AZ

Heydər Əliyev Sarayında Zəfər gününə həsr olunan “Zəfərfest 5” festivalı KEÇİRİLDİ

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Heydər Əliyev Sarayında Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Zəfər gününə həsr olunan “Zəfərfest-5” yaradıcılıq festivalı keçirilib.

Redaktor.az xəbər verir ki, aktyor Azər Aydəmirin və aktrisa Həcər Baxşəlizadənin təqdimatında olan tədbir tamamilə uşaqların iştirakı ilə baş tutdu. 

“Zəfərfest” ölkə əhəmiyyətli tədbirlərdən biridir. 2021-ci ildən başlayaraq yaradıcılıq festivalı kimi hər il təşkil edilir və artıq “Zəfər günü” tədbirlərinin vazkeçilməzinə çevrilib. 

Festivalın əsas məqsədi Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anmaq, Azərbaycan Ordusunun şanlı zəfəri və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mahiyyəti barədə uşaq və gəncləri məlumatlandırmaqdır. Festival gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinə töhfə verir. Ümumiyyətlə, “Zəfərfest” tədbirləri yeni nəslin vətən sevgisinin gücləndirilməsində, şəhidlərimizin xatirələrinin yaşadılmasında və Vətən müharibəsinin şanlı tarixinin təbliğində mühüm rola malikdir. Milli-mənəvi dəyərlərin və yaradıcıllıq potensialının inkişaf etdirilməsi üçün önəmli platformadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
redaktor.az

2Mənbələr