AZ

4 nəfərin ölümü ilə nəticələnən helikopter faciəsi: Qara qutu tapıldı

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

Dağıstanda helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Bakupost.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Kizlyardan İzberbaşa turist aparan şəxsi helikopter Açı-Su kəndində qəzaya uğrayıb. Təyyarədə yeddi nəfər olub.

Helikopter yaşayış binasına çırpılıb. Həmin vaxt binada heç kim olmayıb.

Fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib ki, mütəxəssislər Ka-226 helikopterinin qəzaya uğradığı yerdə iki qara qutu aşkar ediblər.

Registratorların texniki vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, "Rosaviasiya" mətbuat xidmətinin yaydığı məlumatda Qarabudaqkənd rayonunda baş vermiş helikopter qəzası faciə kimi qiymətləndirilib.

"Rosaviasiya" baş vermiş hadisəni faciə kimi təsnif edib. Onun səbəblərinin araşdırılması ilə Dövlətlərarası Aviasiya Komitəsi (MAK) "Rosaviasiya"nın Cənub Regionlararası Ərazi İdarəsinin iştirakı ilə məşğul olacaq", - məlumatda bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
www.bakupost.az

1Mənbələr