AZ

Dağıstanda helikopter qəzası - Ölənlər var - YENİLƏNDİ

BAKI, 7 noyabr. TELEQRAF

Dağıstanda helikopterin qəzaya uğradığı yerdə qara qutular tapılıb

Mütəxəssislər Dağıstanda Ka-226 helikopterinin qəzaya uğradığı yerdə iki qara qutu aşkar ediblər.

Teleqraf xəbər verir ki, bunu fövqəladə hallar xidmətinin nümayəndəsi "RİA Novosti"yə bildirib .

Registratorların texniki vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

***

18:33

Dağıstanda helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Kizlyardan İzberbaşa turist aparan şəxsi helikopter Açı-Su kəndində qəzaya uğrayıb. Təyyarədə yeddi nəfər olub.

Helikopter yaşayış binasına çırpılıb. Həmin vaxt binada heç kim olmayıb.

Seçilən
16
teleqraf.com

1Mənbələr