AZ

Mirzoyan: Səudiyyə Ərəbistanı Azərbaycanla əldə olunmuş sülhü dəstəkləyir

BAKI, 7 noyabr. TELEQRAF

Ermənistann xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Səudiyyə Ərəbistanı Dostluq Qrupunun rəhbəri Əli bin Məhəmməd Əl-Şəhraninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf xəbər verir ki, bununla bağlı Ermənistan XİN bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, nazir Mirzoyan Ermənistanın qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlıq potensialının maksimum dərəcədə reallaşdırılmasına böyük əhəmiyyət verdiyini vurğulayıb.

Görüş zamanı regional hadisələrlə bağlı fikir mübadiləsi aparılıb. Nazir M.Mirzoyan qeyd edib ki, Ermənistan tərəfi Səudiyyə Ərəbistanının Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülhün dəstəklənməsi ilə bağlı mövqeyini yüksək qiymətləndirir.

Seçilən
17
teleqraf.com

1Mənbələr