AZ

“Araşdırmalarımdan bilirdim ki, ilk hərbi təyyarəçimiz “Milli Qəhrəman “adına layiqdir”

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb və sərəncama əsasən Baş leytenant Vaqif Bəxtiyar oğlu Qurbanov (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunub.
NOCOMMET.az xəbər verir ki, baş leytenant Vaqif Qurbanovla bağlı dərin, geniş araşdırmaların , eyni zamanda, pilotumuzla bağlı Space TV-də yayınlanan “Tam məxfi” silsiləsindən filmin müəllifi jurnalist Asəf Quliyevə zəng etdim.
 Cünki Asəf müəllim 1996-ildən başlayaraq Vaqif haqqında ictimaiyyəti maraqlandıran bir çox suallara cavab tapmış, onun əsl qəhrəman olduğunu təsdiq etmiş və ona “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi uğrunda xeyli işlər görmüşdü. Zəngimiz və təbrikimiz Asəf müəllimi uşaq kimi sevindirdi. Zatən çox sevincli idi və əmək verdiyi bir iş öz bəhrəsini vermişdi.
 Odur ki, qəhrəmanımız Vaqif Qurbanovu bir də Asəf Quliyevin təqdimatında tanıyın:
 “Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi olub. Birinci Qarabağ müharibəsi zamanı – 1992-ci ildə şəhid olub. Onun idarə etdiyi təyyarə erməni silahlı qüvvələri tərəfindən Naxçıvanik – Əsgəran yaxınlığında vurulub.
İgid Vaqif Qurbanovla bağlı dərin, geniş araşdırmaların və qısa sürən şanlı həyat yolu ilə bağlı oxucularımızı tanış edirik.
Vaqif əslən Tovuz rayonunun Qovlar kəndindən olsa da, 1967-ci ildə Bakıda doğulub. Orta məktəbi də burda müvəffəqiyyətlə bitirib. Sonra Borisoqlebsk Ali Hərbi Aviasiya Məktəbinə daxil olub və oranı da 1989-cu ildə əla qiymətlərlə başa vurub. Nəhayət təyinatla SSRİ Hərbi Hava Qüvvələrində- Sitalçaydakı Aviasiya polkunda zabit kimi xidmətə başlayıb. İşə başladığı polk Rusiya – Əfqanıstan müharibəsi zamanı SSRİ-nin istifadə etdiyi əsas aviasiya idi. Həm də “Su-25” təyyarələri ilə komplektləşdirilmiş dövrü üçün müasir tipli bir polk idi.
Düşmənlərimizin başlatdığı mənfur münaqişə- müharibə çox həyatları, əməlləri, məqsədləri yarımçıq qoydu. O vaxt hər kəs gücü çatdığı qədər düşmənə qarşı hərəkətə keçməyə, ərazilərimizi qorumağa hədəflənmişdi. Əli silah tutanlar Qarabağa axışırdı.
1992-ci ilin iyun ayı elə ilk gündən gərgin ay olaraq yaddaşlarda qaldı. İyunun 12-də Azərbaycan ordusu cəbhəboyu hücuma keçdi. Füzulidən tutmuş düz Goranboya qədər bütün rayonlar Ağdam, , Tərtər tərəfdən Ağdərəyə, Əsgərana, Xankəndiyə , Xocavəndə tərəf hücum əmri verilmişdi . Ordumuz qarşısında tək erməni olsaydı çox güclü idi və qələbə mütləq idi. Amma ermənilərlə bərabər rus hərbçiləri də müasir texnikalarla bizə qarşı döyüşürdülər. Bu böyük itkilərə səbəb ola bilərdi . Hücum planını hazırlayan dövlətin güc strukturları hələ aprel ayından bu hücum üçün dövlət səviyyəsində məxfi plan qurmuşdular, tədbirlər görmüşdülər.
Həmin planlardan biri də Sitalçaydan hərbi təyyarənin qaçırılması və Xocalı aeroportunun dağıdılması planı idi. Akif Hacıyev vardı. Daxili İşlər Nazirliyində məsul vəzifə tuturdu. Hacıyev pilot Vaqif Qurbanov axtarıb tapır, əlaqə yaradır və onu DİN çağırıb görüş keçirir. Hacıyev planın Vaqifə açıqlayır. Deyir ki, təlim uçuşu vaxtı Xocalıya uçsun və aeroportu bombalasın. Vaqif təlim təyyarəsinin silah tutumunu çox az hesab etdiyi üçün, böyük bir aeropotun təlim təyyarəsində olan sursatla vurulmasını yetərli hesab eləmir. Vaqif bu plandan imtina etsə də, deyəsən “təyyarə qaçırmaq” ideyasını bəyənir. Həm də deyəsən ideya təkcə Vaqifin yox, texniki heyətdə çalışan digər azərbaycanlı hərbçilərin də ürəyindən olur. Beləki,, Vaqif Qurbanov, Fuad Məmmədov, Akif Quliyev, Gülbudaq Bunyadov, Bəşir Əliyev, Tofiq Şalbuzov, Elman Cəlilov “Su-25”-i qaçırmaq qərarına gəlirlər.
O vaxt milli batalyonlara silah-sursatlarla yardım edən Surət Hüseynovla görüşürlər. Planı ona açırlar. Sürət bu planı bəyənir və istənilən köməyi göstərməyə hazır olduğunu bildirir. Nəhayət 8 aprel 1992-ci ildə plan həyata keçirilir. Bort nömrəsi 27 olan “Su-25” təyyarəsi Müstəqil Dövlətlər Birliyinin Sitalçaydakı Aviasiya Polkundan qaçırılır. 12 dəqiqədən sonra təyyarə Yevlax Mülki Aeroportuna endirilir.
 Təsəvvür edin, bu olay 70 il dünyanı qorxudan SSRİ kimi qüdrətli bir dövlətin varisi sayılan Rusiyanın başına gəlib. İmici yaralanmış Rusiya həmin gün göstəriş verir ki, Su-25 təyyarəsini harda aşkar etdinizsə, elə ordaca xəbərdarlıqsız və qeyd şərtsiz məhv edin. O vaxt Azərbaycana soxulmuş erməni-rus agentlərini, Yevlaxın da Qarabağa yaxın yerdə olduğunu nəzərə alsaq, belə bir müqəddərat mümkün idi. Təyyarə təcili Şəkiyə aparılır. Mahir İlyasov (Şəki rayon Polis İdarəsinin rəis müavini) təyyarənin Şəkidə gizlədilməsini təşkil edir.
1992-ci ilin may ayının 8-də ermənilərin Şuşanı işğal etdiyi gün təyyarə Şəkidən ilk uçuşunu edir. Vaqif iki gün Şuşaya uçuş edir. Mayın 9-da da Şuşaya uçur və hər dəfə də qayıtdıqdan sonra idarəetmə mərkəzinə bildirir ki, verilən koordinatlarda heç nə yoxdur. İdarəetmə mərkəzindən ona bildirilir ki, ermənilər maskalanıb, ola bilməz ki, Şuşanı işğal edən ermənilər şəhərə daxil olmasınlar.
Seçilən
76
nocomment.az

1Mənbələr