AZ

Gürcüstanın baş naziri: Çin yeganə dinc supergücdür

Gürcüstanın baş naziri İrakli Kobaxidze Çini yeganə dinc supergüc adlandırıb. 

HİT.az xəbər verir ki, o, bu fikri Türkiyənin "TRT World" televiziya kanalına verdiyi müsahibədə bildirib.

"Çin haqqında deməliyəm ki, hazırda siyasət dünyasında yeganə dinc supergücdür", deyə baş nazir qeyd edib.

Kobaxidzenin sözlərinə görə, Gürcüstan və Çin ortaq dəyərləri bölüşürlər, ona görə də Pekinlə əməkdaşlığın dərinləşdirilməsi Tbilisi üçün dəyərlidir.

Baş nazir bir daha Gürcüstanın bütün ölkələrlə əməkdaşlığı genişləndirməyə çalışdığını və Çinlə azad ticarət və vizasız səyahət müqavilələri imzaladığını təkrarlayıb.

Gürcüstan vətəndaşları üçün Çinə vizasız səyahət 2024-cü ildə, Çin vətəndaşları üçün isə 2023-cü ildə qüvvəyə minib. Bu, Çinin Gürcüstana turizminin artmasına səbəb olub. 2025-ci ildə ölkələr kənd təsərrüfatı və süni intellekt sahələrində əməkdaşlıq memorandumları imzalayıblar.

Samir
 

Seçilən
26
hit.az

1Mənbələr