AZ

Britaniyalıların yalnız 46 faizi ölkəsi ilə qürur duyur sorğu

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

London, 7 noyabr, AZƏRTAC

Yeni aparılan sorğuya görə, Böyük Britaniya vətəndaşlarının əksəriyyəti artıq öz ölkələri ilə qürur duymur.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, sorğunun nəticələri, həmçinin britaniyalıların getdikcə daha çox ölkənin bölünmüş vəziyyətdə olduğunu düşündüyünü, mədəniyyət müharibələrinin mövcudluğuna inandığını və keçmişdə həyatın daha yaxşı olduğunu hesab etdiyini göstərib.

King’s College London (KCL) tərəfindən aparılan tədqiqatda qeyd olunur ki, “Brexit”dən sonra artan milli parçalanma hissi indi immiqrasiya və mədəniyyət mövzularında siyasi qarşıdurmalara çevrilib.

Kollecin Siyasət İnstitutu və “Ipsos” şirkətinin birgə keçirdiyi sorğuya əsasən, hazırda britaniyalıların yalnız 46 faizi ölkəsi ilə qürur duyduğunu bildirib. Bu göstərici beş il əvvəl 56 faiz idi. Respondentlərin 84 faizi ölkədə ümumi parçalanma hiss etdiyini deyib. Sorğuda iştirak edənlərin yarısı ölkə mədəniyyətinin çox sürətlə dəyişdiyini düşünür. Həmçinin əhalinin 48 faizi Böyük Britaniyanın əvvəlki kimi olmasını istəyir. Bu göstərici 2020-ci ildə cəmi 28 faiz idi və artım bütün yaş qruplarında müşahidə olunur.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
azertag.az

3Mənbələr