AZ

Füzuli şəhərində şagirdlər üçün Hüquq müdafiəçiləri klubu layihəsinə başlanılıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Füzuli, 7 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin 9-11-ci sinif şagirdlərini əhatə edən "Hüquq müdafiəçiləri klubu" adlı layihəyə start verilib. Altı ay davam edəcək layihə ümumilikdə 30 şagirdi əhatə edəcək və yekunda onlara sertifikatlar təqdim olunacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan "Hüquq müdafiəçiləri klubu" layihəsinin açılış tədbiri Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə olub. Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Sübhan Ağakişiyev, məktəbin direktoru Həcər Mahmudova, eləcə də müəllim, şagird və valideynlər iştirak ediblər. Öncə şəhidlərin xatirəsi anılıb. Daha sonra layihənin təqdimatı olub.

Layihə rəhbəri Ləman Məstalıyeva "Hüquq müdafiəçiləri klubu"nun məqsədi, istiqamətləri və gözlənilən nəticələri barədə ətraflı məlumat verib. Bildirilib ki, layinənin əsas mövzusu hüququ əhatə edir. Əsas məqsəd şagirdlərin hüquq və konstitusiya biliklərini artırmaq, vətəndaşlıq şüurunu inkişaf etdirmək və hüquq düşüncəsini gücləndirməkdir.

Sübhan Ağakişiyev qeyd edib ki, bu kimi layihələr gənclərin hüquqi biliklərinin artmasına və vətəndaş məsuliyyətinin formalaşmasına mühüm töhfə verir, xüsusi nümayəndəlik isə hər zaman gənclərin təşəbbüslərinə dəstək göstərir. Layihədə iştirak edən şagirdlər çıxışlarında bu klubun onların dünyagörüşünü genişləndirəcəyini və gələcək karyera inkişafında əhəmiyyətli rol oynayacağını vurğulayıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
azertag.az

1Mənbələr