AZ

Bakı Metropoliteninin parkı yenilənir: vaqonların sayı 180-ə, qatarların sayı isə 36-ya çatdırılacaq

Bu ilin sentyabr ayından metropolitendə intervallar aşağı salınıb. Hazırda qatarların hərəkət intervalı texniki baxımdan ən aşağı səviyyəyə endirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda qatarlar arasında ilk dəfə olaraq 2 dəqiqədən də az - 1 dəqiqə 45 saniyəlik interval tətbiq olunub. Bu isə deməkdir ki, xəttdə olan qatarların intensivliyi artmalıdır:” Bu səbəbdən daha 2 qatarın Bakıya gətirilməsi təmin edilib. Hazırda 4-cü nəslə mənsub 3 qatar xəttə buraxılacaq. Qatarlar müasir dövrün standartlarına cavab verir. İlin sonunadək daha 3 qatar xəttə buraxılacaq. Beləliklə, Bakı Metropoliteninin vaqon parkında olan yeni nəsil vaqonların sayı 180-ə, qatarların sayı isə 36-ya çatdırılacaq. Bu isə o deməkdir ki, Bakı Metropoliteninin vaqon parkı artıq yeni nəsil qatarlardan ibarət olacaq”, - deyə B.Məmmədov qeyd edib.

Seçilən
9
2
yeniazerbaycan.com

3Mənbələr