AZ

Məşhur aktrisanın avtomobilinin qarşısını kəsiblər

Məşhur

Dünya şöhrətli aktrisa Ancelina Jolinin UNİSEF-in xoşməramlı səfiri kimi müharibədən əziyyət çəkən uşaqlar və mülki şəxslərlə görüşmək məqsədilə Ukraynaya etdiyi gözlənilməz səfəri problemə çevrilib.

Reyting.az
xəbər verir ki, Jolini aparan avtomobil karvanı Ukraynanın Nikolayev şəhərinə gedərkən hərbçilər tərəfindən yoxlama məntəqəsində saxlanılıb.

Məlum olub ki, məşhur aktrisanın sürücüsü hərbi xidmətdə deyil. Bununla əlaqədar olaraq sürücü hərbi bazaya aparılıb.

Joli və onun həmkarlarının ölkəyə daxil olmasına icazə verilsə də, Ukrayna vətəndaşı olan 33 yaşlı Dimtro adlı sürücünün hərbi bazaya aparıldığı bildirilib.

Sonradan məlum olub ki, sürücünün xroniki bel xəstəliyi var və bu səbəbdən o, hərbi xidmətdən azad edilib. Aktrisanın sürücüsü daha sonra sərbəst buraxılıb.

V. QULİYEV
Seçilən
12
1
reyting.az

2Mənbələr