Fatih Terim Çexiya yığmasının yeni baş məşqçisi ola bilər.

Offsideplus.az xəbər verir ki, türkiyəli mütəxəssislə hazırda danışıqlar gedir. Onunla müzakirələri idman direktoru Pavel Nedved aparır.

Bu barədə "Ajansspor" məlumat yayıb.

Qeyd edək ki, F. Terim son olaraq Səudiyyə Ərəbistanın "Əl-Şabab" klubunu çalışdırıb. 72 yaşlı mütəxəssis bu ilin iyulundan işsizdir.