AZ

Tehranda su böhranı böyüyür Prezident paytaxtın köçürüləcəyin mümkün sayır

Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Əgər tezliklə paytaxt Tehranda yağış yağmasa, gələn aydan etibarən şəhərdə su kəsintiləri artacaq və bu da kifayət etməzsə, o zaman daha böyük plana əl atmaq məcburiyyəti yaranacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran prezidenti Məsud Pezeşkyan bildirib.

O, Sənəndəc şəhərində keçirlən görüşdə deyib ki, ölkədə yetərincə yağış yağmır: "İran hazırda yağış və su ehtiyatlarının qeyri-kafi olması kimi təbii fəlakətlə üzləşib. Açıq demık gərəkdir k, bu, ciddi nəticələrə səbəb ola bilər. Ölkə əhalisi çox cidid şəkildə su və enerji istehlakında qənaət etməkli, ondan daha səmərəli istifadə yararlanmalıdır. Xüsusən Tehranda su çatışmazlığı ciddi narahatedicidir. Dediyim kimi, əgər tezliklə yağış yağmasa, su ehtiyatı yaranmasa, Tehranda su məhdudiyyətlərinin tətbiq güclənəcək və əgər bu da effekt verməsə, o zaman paytaxtı operativ təxliyə etməyə məcbur olacağıq".

Məlumatda deyilir ki, Tehranı su ilə beş barajı su ilə təmin edir: Lar, Mamlu, Əmir Kəbir, Talikan və Latyan.

Məsələ budur ki, son beş ildə ölkəyə yağıç normadan qat-qat aşaı yağıb: "Məsələn, bu il Tehranda yağıntı mövsümi orta göstəricilərdən təxminən 40 faiz az olub. Xüsusilə yaz və yay aylarında yağışın demək olar ki, tamamilə olmaması göl və su anbarlarında quraqlığıa səbəb olub". 

Tahir Şəlvəli

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
mia.az

1Mənbələr