AZ

Helikopter qəzaya uğradı – Ölənlər var

Dağıstanda turistləri daşıyan helikopter qəzaya uğradığından ilkin məlumatlara görə, 4 nəfər həlak olub.

NOCOMMENT.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Məlumata görə, helikopterin Karabudaxkənd rayonunda, Açi-Su yaşayış məntəqəsi yaxınlığında qəzaya uğradığı bildirilir. Göyərtədə yeddi nəfər olub. 3 nəəfər yaralı ağır halda xəstəxanaya çatdırılıb.

Fövqəladə Hallar Nazirliyinin yerli idarəsinin məlumatına görə, helikopter İzberbaş şəhərinə gedirmiş. Helikopter qəzaya uğrayarkən şəxsi evi dağıdıb. Qəza anında evdə heç kim olmayıb.

Xatirə SADİQ

Seçilən
34
nocomment.az

1Mənbələr