Bakı. Trend:
Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq,yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.
Trend-inməlumatına görə, bu işlər çərçivəsində Xocavənd rayonunun ikikəndiə fərdi yaşayış evlərinin təmiri işləri aparılacaq.
Belə ki, rayonun Qarakənd və Qarazəmi kəndlərində hərəyə 40 ev(6732 m2) olmaqla ümumilikdə 80 ev təmir olunacaq.
Məlumata görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləriyekunlaşdırıb.
Qurum Qarakənd kəndindəki evlərin təmirini “İmzaConstruction”Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), Qarazəmikəndindəki evlərin təmiri işlərini isə “Conrad” MMC-yə həvalə edibvə müqavilələr bağlayıb.
Müqavilələrə uyğun olaraq, adı birinci qeyd olunana şirkətə2,349 milyon manat, digərinə isə 2,354 milyon manat ödənilib.
Beləliklə, rayonun iki kəndi üzrə 80 evin təmirinə 4,7 milyonmanata başa gələcək. Hesablamaya əsasən, bir evin təmirinə təqribən58,7 min manat sərf ediləcək.
İşlərin həvalə olunduğu “İmza Construction” MMC 2006-cı ildədövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olanşirkətin qanuni təmsilçisi Əliyev Azər Oqtay oğludur.
“Conrad” MMC isə 2008-ci ildə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 2 manat olan MMC-nin qanuni təmsilçisi QuliyevRuslan Abuzər oğludur.