Bakı. Trend:
Rusiyanın Dağıstan Respublikasında turistləri daşıyan helikopterqəzaya uğrayıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Respublikanın səhiyyə nazirliyi hadisə nəticəsində azı 4 nəfərinhəlak olduğunu, 3 nəfərin yaralandığını bildirib.
İlkin məlumata görə, turistləri Sulak kanyonuna daşıyanhelikopterin göyərtəsində yeddi nəfər olub. Qəza Açi-Su qəsəbəsiyaxınlığında baş verib. Hadisə nəticəsində ərazidə yerləşən biryaşayış evi dağılıb.
Qəzanın səbəbləri araşdırılır.