ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 7-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Opel” markalı maşın, 206 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90-HM-282 dövlət nömrə nişanlı “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, xəsarət alan olmayıb.
Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.