Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Dağıstanda vertolyot qəzası baş verib. İlkin məlumata görə, qəza nəticəsində dörd nəfər həlak olub.
"Baza" və "Shot" kanallarının məlumatına görə, qəza Karabudaxkent rayonunun Açi-Su qəsəbəsinin yaxınlığında baş verib. "Ka-226" vertolyotunun göyərtəsində yeddi nəfər turist olub. Mash təyyarənin İzberbaş şəhəri yaxınlığındakı istirahət mərkəzində qəzaya uğradığını iddia edir.
Hürr Tərcüman