AZ

Gürcüstan və Avropa İttifaqı arasında gərginlik: Günahı Kobaxidzenin üstünə atmağa çalışırlar

BAKI, 7 noyabr. TELEQRAF

“Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin dayandırılması barədə məsələ hələ iyun ayında Avropa İttifaqının özü tərəfindən elan edilib”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu, süni şəkildə yaradılmış prosesdir və bu günə qədər də davam edir:

“Böyük səs-küy qaldırdılar, guya etirazların əsas səbəbi Kobaxidzenin bəyanatıdır. Amma biz o vaxt da deyirdik ki, danışıqların dayandırılması barədə söhbət hələ iyun ayında Aİ-nin özü tərəfindən elan edilib. Sadəcə, bizi o zaman heç kim dinləmədi. Bu, süni şəkildə yaradılmış prosesdir və bu gün də davam edir”.

Kavelaşvili əlavə edib ki, Aİ Gürcüstan cəmiyyətinin hökuməti dəstəkləməsini istəmir:

“Avropa İttifaqını günahlandırmırıq, faktlarla danışırıq. Bizim cəmiyyətimiz daha çoxunu layiqdir. İrakli Kobaxidze isə ertəsi gün bəyan etdi ki, biz istənilən vaxt hazırıq, Aİ bizimlə danışıqlara başlamağa hazır olan kimi, biz də dərhal başlaya bilərik. Bu faktdır”.

“Rustavi 2” telekanalı bu gün Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinskinin Gürcüstan Xarici İşlər Nazirliyinə göndərdiyi məktubu yayıb. 2025-ci il 5 noyabr tarixli məktubdan aydın olur ki, Aİ Gürcüstanın üzvlük prosesinin dayandırılması barədə qərarı hələ 2024-cü il 27 iyun tarixində, Baş nazir İrakli Kobaxidzenin bəyanatından beş ay əvvəl qəbul edib. Kobaxidze isə 2024-cü il 28 noyabrda bəyan etmişdi ki, Gürcüstan hökuməti 2028-ci ilin sonuna qədər Aİ ilə danışıqların açılması məsələsini qaldırmayacaq, amma Aİ-nin təklifi olacağı təqdirdə, bu təklifi qəbul etməyə hazır olacaq.

Seçilən
3
teleqraf.com

1Mənbələr