Rusiya Futbol İttifaqının Nəzarət və İntizam Komitəsi iş adamı Tufan Sadıqovun futbolla bağlı fəaliyyətindən ömürlük qadağan edilməsi barədə qərar qəbul edib.

Offsideplus.az xəbər verir ki, FIFA qarşısında maliyyə öhdəliklərini 6 aydan çox yerinə yetirmədiyinə görə Sadıqova ömürlük futbolla bağlı hər hansı fəaliyyətlə məşğul olmaq qadağan edilib.

Qeyd edək ki, azərbaycanlı biznesmen Rusiyanın "Ximki" klubunun prezidenti idi. "Ximki" maliyyə problemlərinə görə hazırda fəaliyyət göstərmir.

T. Sadıqovun eyni zamanda Türkiyə klubu "Serikspor"un 50 faizinin sahibidir.