Dağıstanda helikopter qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, Dağıstan Respublikasının Səhiyyə Nazirliyi qəza nəticəsində dörd nəfərin öldüyünü açıqlayıb.
Yerli KİV Dağıstanda turistləri daşıyan helikopterin qəzaya uğradığını yazıb.
"Baza" Telegram kanalının məlumatına görə, Ka-226 helikopterini göyərtəsində yeddi nəfər olub. Helikopterin İzberbaş şəhəri yaxınlığındakı istirahət mərkəzində qəzaya uğradığı bildirilib. (Mənbə APA)