Azərbaycanın yeniyetmə taekvondoçusu Elmir Səlimov Yunanıstanın Afina şəhərində keçirilən Avropa birinciliyində fəxri kürsüyə qalxıb.
Fanat.Az xəbər verir ki, məlumatı Taekvondo Federasiyasının mətbuat xidməti yayıb.
53 kiloqram çəki dərəcəsində çıxış edən idmançı gümüş medala layiq görülüb.
Ötən gün start götürən yarışa noyabrın 8-də yekun vurulacaq.