AZ

London Suriya Prezidentinə qarşı sanksiyaları ləğv edib

Hurriyyet.az xəbər verir ki, Böyük Britaniya Suriya Prezidentinə qarşı sanksiyaları ləğv edib.

"Röyter" informasiya agentliyinin məlumatına görə, Böyük Britaniya hökuməti BMT Təhlükəsizlik Şurasının qərarından sonra Suriya prezidenti Əhməd Əl Şaraaya qarşı sanksiyaları ləğv etdiyini bəyan edib.

Qeyd olunur ki, Suriyanın daxili işlər naziri Ənəs Xəttaba qarşı da məhdudiyyətlər ləğv edilib.

Hər iki məmur əvvəllər radikal təşkilatlar olan İŞİD və "Əl-Qaidə" ilə əlaqədar şəxslərə qarşı tətbiq edilən maliyyə sanksiyalarına məruz qalıb.

Dünən BMT Təhlükəsizlik Şurası Suriyanın ÜHeyət Təhrir əş-Şam" qrupu ilə "Əl-Qaidə" arasında aktiv əlaqələrin olmamasını qeyd edərək, bu tədbirləri ləğv edib.

Qərar Əhməd əl-Şaranın bazar ertəsi günü Ağ Evdə, ABŞ prezidenti Donald Trampla keçirilməsi planlaşdırılan  görüşündən əvvəl verilib.

Hürr Tərcüman

Seçilən
36
hurriyyet.az

1Mənbələr