AZ

O imkanı dəyərləndirsəydik, böyük gərginlik olmayacaqdı Şəfa nın müdafiəçisi

ain.az, Fanat saytına istinadən bildirir.

1-ci Liqanın 7-ci turunda "Mingəçevir"in qonağı olan "Şəfa" 3:2 hesabı ilə üstələyərək liderliyini möhkəmlətdi. Son 21 matçda yenilgi tanımayan Bakı təmsilçisinin təcrübəli müdafiəçisi Tərlan Quliyevlə əlaqə saxlayıb ötən ilin qışından bəri evdə uduzmayan "işıqçılar" üzərindəki qələbəni şərh etməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Oyundan qabaq saytınıza verdiyim açıqlamada da bu oyunun çox gərgin alınacağını bildirmişdim. Əslində, 2:1 hesabı ilə öndə olarkən 3-cü qolu vurmaq üçün əla fürsət yaxalamışdıq. O imkanı dəyələndirsəydik, "Mingəçevir"lə oyunun sonlarında böyük gərginlik olmayacaqdı. Əsas odur ki, qələbə qazandıq. Bildiyiniz kimi, "Mingəçevir" qışdan bəri öz meydanında uduzmurdu. Rəqibin uğurlu seriyasını da biz qırdıq. Qalibiyyət əldə etmək hər zaman xoşdur. Millilərin oyunları ilə əlaqədar yaranan fasilədə növbəti matçımıza hazırlaşacağıq".

Qeyd edək ki, "Şəfa" 8-ci turda "Difai"ni qəbul edəcək. Noyabrın 22-də reallaşacaq qarşılaşmanın start fiti 14:45-də səsləndiriləcək.

Nihat 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
fanat.az

2Mənbələr