AZ

Daha bir general-leytenant: O kimdir?

Bu gün Prezident İlham Əliyev general-mayor Ağamir Əzizxan oğlu Sultanova “general-leytenant” ali hərbi rütbəsinin verilməsi barədə sərəncam imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, Ağamir Sultanovun tərcümeyi-halını təqdim edir:

O, Raket və Artilleriya Qoşunlarının komandanı, Vətən müharibəsinin komandanlarından biridir.

Leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti Heydər Əliyevin 20 iyun 1994-cü il tarixli 158 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Polkovnik-leytenant Ağamir Sultanov Prezident İlham Əliyevin 25 iyun 2013-cü il tarixli 2974 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Polkovnik-leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilib.

Polkovnik Ağamir Sultanova Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilib.

Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında şücaət göstərmiş, Azərbaycan Silahlı Qüvvələrinin qərarına əsasən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edilib.


Telegram kanalımız
Seçilən
65
2
yenisabah.az

3Mənbələr