AZ

“Özbəkistanda sizi sülh prezidenti adlandırırlar” – Şavkat Mirziyoyev

Yalnız ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəni dayandırmaq gücünə malikdir.

NOCOMMENT.az UzNews nəşrinə istinadən xəbər verir ki, bunu Özbəkistan prezidenti Vaşinqtonda keçirilən Mərkəzi Asiya liderlərinin sammitində bildirib.

“Bizdə sizi sülh prezidenti adlandırırlar. Siz səkkiz müharibəni dayandıra bilmisiniz”, – deyə Özbəkistan prezidenti əlavə edib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də sammitdə amerikalı həmkarının sülhməramlı nailiyyətlərinə diqqəti çəkib. O, amerikalı həmkarını “yuxarıdan göndərilmiş elçi” adlandırıb.

Xatirə SADİQ

Seçilən
18
nocomment.az

1Mənbələr