AZ

Ukrayna Krımı BOMBALADI: Neft bazası VURULDU, iki qatar MƏHV edildi – CANLI

Ukrayna ordusu Krımdakı Qvardeyskaya neft bazasına zərbə endirib. Ukrayna ordusunun Xüsusi Əməliyyatlar Qüvvələrindən məlumat verilib. Məlumata görə, noyabrın 6-sı gecə saatlarında PUA ilə yanacaqla dolu RVS-400 çəni vurulub.

Bundan əlavə, həmin ərazidə park edilmiş sistern vaqonları olan iki qatar məhv edilib. Bildirilib ki, gecə hücumları nəticəsində Simferopol və ətraf ərazilərdəki neft bazaları və yanacaq-sürtgü materialları anbarlarına da zərbə endirilib.

“Qərb və Ukrayna mediasının Rusiya xarici işlər naziri Sergey Lavrovun Rusiya Prezidenti Vladimir Putinin gözündən düşməsilə bağlı yaydığı xəbərlər tamamilə yalandır”.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əlbəttə ki, Lavrov hazırda xarici işlər naziri vəzifəsində çalışır”, - o bildirib. Qeyd edək ki, Rusiya rəhbərliyinin Budapeştdə Putin və Tramp arasında baş tutmayan danışıqlara görə günahkar kimi Lavrovu görməsi və onun hakim komandadan uzaqlaşdırması prosesinin başladığı barədə məlumat yayılıb. İddialara görə, Lavrovun Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, iclasda iştirak etməməsi onun Putinin gözündən düşməsi ilə bağlıdır.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Heydər Oğuzla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Seçilən
48
musavat.com

1Mənbələr