AZ

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərə gəlib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif noyabrın 7-də Azərbaycana səfərə gəlib.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

*** 10:30

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif 7-8 noyabrda Azərbaycanda rəsmi səfərdə olacaq.

Far.Az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycana səfəri zamanı Şahbaz Şərif Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edəcək.

"Səfər zamanı baş nazir Zəfər Günü münasibəti ilə rəsmi mərasimlərdə iştirak edəcək və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Danışıqlarda əsas diqqət ikitərəfli münasibətlərin bütün spektrinin müzakirəsinə və ticarət, investisiya, enerji, müdafiə, təhsil və regional əməkdaşlıq daxil olmaqla müxtəlif sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi üçün yeni istiqamətlərin müəyyən edilməsinə yönələcək", - Pakistan XİN-in məlumatında bildirilir.

Seçilən
30
48
far.az

10Mənbələr