AZ

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının üzləri Zəfər Günü münasibətilə bir sıra şəhid ailələrini ziyarət edib

Yeniazerbaycan saytına istinadən ain.az xəbər verir.

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov 8 Noyabr – Zəfər Günü münasibətilə bir sıra şəhid ailələrini ziyarət edib. Sədr Həbib Misirov Gəncə şəhərində antiterror əməliyyatında şəhid olmuş leytenant Ömər Muğan oğlu Şirinovun, Vətən müharibəsi şəhidlərindən Göygöl rayonunda yaşayan Eşqin Tağıyev və  Samux rayonunda yaşayan  Daşqın Hidayyət oğlu Şəfiyevin və Seymur Səlyəddin oğlu Bəylərovun  məzarlarını və ailələrini ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad edib.Görüşlər zamanı Həbib Misirov şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan,göstərdikləri igidlik və qəhrəmanlıqlardan, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.

Qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad edib və xalqımız artıq beş ildir ki, Zəfər Gününü Qalib Xalqın nümayəndəsi kimi böyük qürurla qeyd edir.Şəhid ailələri də öz növbəsində dövlət səviyyəsində onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
yeniazerbaycan.com

1Mənbələr