Bakı. Trend:
Milli Məclisin deputatı Vüqar Bayramov noyabrın 8-də AmerikaBirləşmiş Ştatlarının Sent-Luis şəhərinə səfər edəcək.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, o, Vaşinqton Universitetində təşkil ediləcəkQlobal Tədqiqat Mükəmməlliyi mövzusuna həsr olunmuş beynəlxalqkonfransa qatılacaq, “Azərbaycanda insan kapitalının inkişafı”mövzusunda çıxış edəcək.
Səfər çərçivəsində Milli Məclisin deputatı VaşinqtonUniversitetinin Sosial İnkişaf Mərkəzi tərəfindən təşkil ediləcəkBeynəlxalq Sosial İslahatlar barədə konfransda da iştirak edəcək,Azərbaycanda həyata keçirilən sosial islahatlar və inklüziv sosialtədbirlər barədə məruzə edəcək.
Səfər noyabrın 14-də başa çatacaq.