AZ

Yeşilçam ulduzlarının özü kimi məşhur övladları SİYAHI

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Bəzi "Yeşilçam" ulduzları var ki, onların da övladları da özü kimi həm məşhurdurlar həm də aktyorluqla məşğuldurlar. Lakin bu sahədə fəaliyyət göstərməyib özünə başqa sənət seçənlər də var. Bəs görəsən bunlar hansı "Yeşilçam" məşhurlarının övladlarıdır?

BAKU.WS həm aktyorluq həm də digər peşələrdə çalışan "Yeşilçam" ulduzlarının övladlarının adlarını təqdim edir:

Aktrisa Türkan Şoray və qızı Yağmur Ünal

Yağmur əvvəl Türkiyədə Ali təhsil alıb. Daha sonra isə Nyu Yorkda media üzrə Ali təhsil alıb. O indiyə qədər bir neçə verilişin prodüserliyini edib. Yağmur Türkanın Cihan Ünal ilə evliliyndən dünyaya gələn qızıdır.

Aktrisa Filiz Akın və oğlu İlker İnanoğlu

İlker, aktrisanın Türker İnanoğlu ilə evliliyindən dünyaya gələn övladıdır. O aktyorluq ahəsində fəaliyyət göstərir. Onu "Yeşilçam"ın "Yumurcak"ı adlandırırlar.

Aktrisa Hülya Koçyiğit və qızı Gülşah Alkoçlar

Hülya Koçyiğitin qızı Gülşah Alkoçlar uşaq yaşlarından filmlərə çəkilib. O daha çox "Güllüşah" kimi tanınırdı. Ailə qurduqdan sonra isə sənətdən uzaqlaşdı.

Aktyor Ali Şen və oğlu Şener Şen

"Süt Kardeşler", "Yılanların Öcü", "İnek Şaban" və "Zübük" kimi bir çox filmlərdə rol alan Ali Şenin oğlu Şener Şen də atasının izindən gedib. O məşhur aktyordur.

Aktrisa Oya Aydoğan və oğlu Qurur Aydoğan

Karyerası boyunca 51 film və 13 serialda çəkilən Oyanın oğlu Qurur modellik və aktyorluqla məşğul olur.

Aktyor Cüneyt Arkın və oğlu Murat Arkın

Aktyor Cüneyt Arkın 300-dən filmə çəkilib. Onun oğlu da özü kimi aktyorluq edir.

Aktyor Kemal Sunal və oğlu Ali Sunal

Ali Sunal da 2000-ci ildə vəfat edən atası kimi aktyorlulqa məşğul olur.

Aktyor Tarık Akan və Barış Zeki Üregül

Tarık Akanın oğlu Barış Zeki Üregül bir müddət aktyorluqla məşğul olsa da sonra bu işnini davam etdirməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
1
baku.ws

2Mənbələr