AZ

“Texniki baxış ləğv edilməlidir, əvəzində isə…” – MÜHÜM TƏKLİF

Azərbaycanda avtomobillərin texniki baxış müddətinin 6 aydan bir keçirilməsi təklifi bəzən qəza risklərinin azaldılması kontekstində gündəmə gətirilir. Lakin mütəxəssislər bu yanaşmanın effektiv olmadığını bildirirlər.

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, texniki baxışla qəzalar arasında birbaşa əlaqə yoxdur:

“Qəza baş vermə səbəbləri tamamilə fərqlidir. Burada əsas insan faktorudur. Bilərəkdən və ya bilməyərəkdən qayda pozan sürücülərdir. Təəssüf ki, sürücülərin bir qismi ümumiyyətlə sürücülük bacarığına malik deyil, yol hərəkəti qaydalarını bilmirlər. Baş verən qəzaların əsas səbəbi də budur”.

Ekspertin sözlərinə görə, texniki baxış müddətinin azaldılması nəinki qəza riskini azaltmayacaq, əksinə, əlavə vaxt və resurs itkisinə səbəb olacaq:

media-1739268974_1701093493_1

“Ümumiyyətlə, texniki baxışın həyata keçirilməsinin əleyhinəyəm. O ki, qaldı bunun 6 aydan bir olmasına, avtomobillərin bu qədər tez-tez baxışdan keçirilməsinə heç bir lüzum görmürəm”.
Eldəniz Cəfərov hesab edir ki, qəza risklərini azaltmaq üçün əsas diqqət sürücülərin maarifləndirilməsinə, qayda pozuntularına qarşı nəzarətin gücləndirilməsinə və real bacarığı olan sürücülərin yola buraxılmasına yönəldilməlidir.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
25
2
konkret.az

3Mənbələr