AZ

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (IJSO) hazırlıq dərsləri keçirilir

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 7 noyabr, AZƏRTAC

Təhsil İnstitutunun təşkil etdiyi seçmə imtahanın nəticələrinə əsasən, bu il ölkəmizi Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (IJSO) 6 şagird və 3 rəhbər müəllim təmsil edəcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seçmə imtahanında uğurlu nəticə göstərərək ölkəmizi bu olimpiadada təmsil etmək hüququ qazanan şagirdlər Kimya-biologiya təmayüllü respublika liseyində olimpiadaya hazırlıq dərslərinə cəlb ediliblər. Hazırlıq dərsləri fizika, kimya və biologiya fənlərini əhatə edir və şagirdlərin laboratoriya bacarıqlarının, eləcə də fənlərarası inteqrasiya üzrə biliklərinin təkmilləşdirilməsinə yönəlib.

Qeyd edək ki, Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (IJSO) – təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 15-dən çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında keçirilən nüfuzlu beynəlxalq elm yarışıdır.

Yarış noyabrın 23-dən dekabrın 2-dək Rusiya Federasiyasının Sirius federal ərazisində təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
4
azertag.az

5Mənbələr