AZ

İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət ƏməkMüfəttişliyi Xidməti yanvar-oktyabr ayları ərzində işəgötürənlərtərəfindən sosial xarakterli ödənişlər olan 790 min manata yaxınvəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Trendxəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsaitişəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 94 faiziəməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməliolan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarətolub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək MüfəttişliyiXidməti qeyd edilən dövrdə 63 işçinin əmək müqavilələrinəqanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyənedib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsindəhəmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Seçilən
13
az.trend.az

1Mənbələr