ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Gəncədə yük daşıyan avtomobil qəzaya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 6-da günorta saatlarında qeydə alınıb. Görüntülərdən aydın olur ki, 25-BF-140 dövlət nömrə nişanlı “VAZ-2104” markalı avtomobil hərəkət zamanı idarəetməni itirərək yük yerindəki tikinti materiallarını yola töküb. Şahidlərin sözlərinə görə, hadisə zamanı “BakuBus” MMC-yə məxsus müntəzəm sərnişin avtobuslarına da maddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb olunub.
Qeyd edək ki, daşınan yüklərin lazımi qaydada bərkidilməməsi həm digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır, həm də inzibati məsuliyyətə səbəb olur. Yük daşıyan sürücülər qaydalara riayət etməklə həm öz təhlükəsizliklərini, həm də yol hərəkətinin təhlükəsizliyini təmin etmiş olurlar.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.