ain.az, Gununsesi portalına istinadən məlumat yayır.
Son illər məhkəmə proseslərində və mübahisəli hüquqi münasibətlərdə ən çox narazılıq doğuran sahələrdən biri də özəl ekspertiza institutudur.
Cəmiyyət uzun müddətdir ki, ədalətin tərəzisini ekspertlərin cibinə düşən pulların müəyyən etdiyi qənaətindədir.
Ekspert rəyinin tərəflərdən birinin sifarişi və maliyyələşdirməsi əsasında formalaşması hüquqi ədaləti kölgəyə salır, nəticədə məhkəmə qərarı nə faktlara, nə də obyektiv araşdırmaya əsaslanır.
Bu gün artıq ortaya çıxan faktlar sübut edir ki, mövcud sistem həm hüquqi təhlükəsizliyi, həm də məhkəmə hakimiyyətinə inamı sarsıdır.
Məhz buna görə də ekspertiza sahəsində şəffaflıq və dövlət nəzarətinin gücləndirilməsi həyati vacib məsələdir.
Məsələ ilə bağlı Gununsesi.info hüquqşünas Aqil Layıcdan münasibət öyrənib.
Onun sözlərinə görə, özəl ekspertiza xidmətləri birbaşa dələduzluqla məşğuldurlar. Kim pul verir, yəni sifarişi hansı tərəf verirsə, onun da xeyrinə rəy verirlər. Mübahisənin ədalətli həlli də qalıb bunların sərəncamında. Məsələn, biri deyir, istehsalat xətasıdır, digəri də deyir ki, belə deyil. Hərəsi pul ödədiyi tərəfin istəklərini saxta rəylə sənədləşdirir. O zaman da qeyd eləmişdim ki, xüsusi ekspertiza dələduzluq üçün zəmin yaradacaq. Bunu aydın sezmək mümkündür.
O, həmçinin bildirib:
“Vahid Mərkəzə Ekspertiza sisteminin yaradılması yönündə Fərman qəbul edilib. Artıq işlərə dair verilmiş ekspert rəyləri bu portalda paylaşılacaq, müəyyənlik və görünəbilənlik yaranacaq. Bu da saxta rəylərin verilmə hallarını aradan qaldıra bilər. Hesab edirəm ki, bu sistem yaradılandan sonra özəl ekspertizaların fəaliyyəti ləğv edilməlidir.
Ədliyyə Nazirliyi bu yöndə qanun təşəbbüsü ilə çıxış edib, özəl dələduzluğa yox deməlidir. Məhz bu səbəblədir ki, Avropa Məhkəməsi bizim heç bir ekspertiza rəyinə mötəbər yanaşmır”.
Afət
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.