Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo gündəm yaradan müsahibəsində dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemdən də söz açıb.
Axşam.az xəbər verir ki, Ronaldo keçmiş kapitanla müqayisədə özünü "mükəmməl" adlandırıb.
"Devid Bekhemdən 100 faiz daha yaraşıqlıyam. Mən mükəmmələm. Bu təkcə zahiri görünşlə bağlı məsələ deyil, bütünlükdə" deyə, o, bildirib.
Ronaldo iddia edib ki, əgər o, Kopakabana çimərliyində Bekhemin yanında olsa, ictimaiyyət həmkarından daha çox ona maraq göstəcək. Ronaldo əminliklə vurğulayıb ki, Bekhem də onun bu fikirləri ilə razılaşardı.
Qeyd edək ki, Ronaldo beşqat "Qızıl top" mükafatının sahibidir. O, beş dəfə Çempionlar Liqası titulunu, eləcə də İngiltərə, İspaniya və İtaliya liqa titullarını qazanıb. Futbolçu Portuqaliya millisi ilə birlikdə 2016-cı il Avropa çempionu, qitə çempionatının gümüş və bürünc medalçısı və 2019-cu il UEFA Millətlər Liqasının qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.