AZ

İrəvan ki, 2018 ci ildə olub: reallıqda isə bunu Bakı istəyir Badalyan

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Ermənistanın ədliyyə naziri deyir ki, konstitusiya dəyişikliyi məsələsi 2018-ci ildən bəri gündəmdədir və bu, heç bir üçüncü tərəfin tələbi deyil. Çox gözəl, gəlin bu məntiqə əməl edək: ortada sadə bir detal var – Müstəqillik Bəyannaməsinə edilən istinad”.

Globalinfo.az xəbər verir ki, bu fikriləri erməni siyasi şərhçi Akob Badalyan deyib.

“Əgər Konstitusiya dəyişiklikləri daxili gündəmdən irəli gələn zərurətdirsə, onda Müstəqillik Bəyannaməsinə edilən istinada heç bir şəkildə müdaxilə olunmamalıdır. Çünki bilirik ki, məhz həmin istinad Azərbaycanın göstərdiyi problem və tələblərin əsasını təşkil edir.

Beləliklə, sadə bir sual ortaya çıxır: hakimiyyət bəyannaməyə edilən istinada müdaxilə edəcək, ya yox? Bu suala birmənalı “yox” cavabının olmaması göstərir ki, daxili gündəmlə bağlı təminatlar sadəcə bir örtükdür və çox şəffafdır.

Konstitusiya dəyişiklikləri gündəmə Azərbaycanın tələbi əsasında gətirilir”, – A.Badalyan qeyd edib.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
globalinfo.az

1Mənbələr