Con Cons Tom Aspinall ilə baş tutmayan döyüşə görə Dana Uaytdan üzr istəmək istədiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, sabiq UFC çempionu bunları deyib:

"Dana ilə şifahi razılığımız var idi, lakin bundan sonra işlər yaxşı getmədi. Matçla bağlı heç nə dəqiqləşməmişdi.

İşlərin belə getməsi mənim günahım idi. Kaş ki, onunla üz-üzə görüşüb üzr istəyəydim”.

Qeyd edək ki, D. Uayt ötən ilin yayında Bakıdakı UFC turnirindən sonra C. Consun təqaüdə çıxdığını açıqlamışdı. Bundan sonra T. Aspinall ağır çəkidə kəmərin yeni sahibi olmuşdu.