Məşhur İran şairinin oğlu ABŞ-da həbs edilib
Ajans.az xəbər verir ki,bu barədə New York Post nəşri məlumat yayıb. Məlumata görə, 19 yaşlı Milo Sedarat Detroytdakı barlarda partlayış törətməyi planlaşdırmaqda ittiham olunur. O, İran əsilli amerikalı şair və Nyu-Yorkdakı Kvins Kollecinin professoru Rocer Sedaratın oğludur. Eyni zamanda, Montklerdən olan 19 yaşlı Tomas Kaan Quzel də saxlanılıb. Həbslər FTB və Nyu-York Polis Departamentinin (NYPD) Kəşfiyyat Bürosu tərəfindən aparılan araşdırma nəticəsində həyata keçirilib. Milo Sedaratın işi ilə bağlı, bir azyaşlı da daxil olmaqla daha beş nəfər şübhəli şəxsə qarşı ittiham irəli sürülüb. İstintaq orqanlarının məlumatına görə, saxlanılanlar 2015-ci ildə Parisdə törədilmiş İŞİD hücumlarını təkrarlamağı planlaşdırıblar.