AZ

Rutte NATO nun Avropada kifayət qədər hava hücumundan müdafiə imkanları olmadığını deyib

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rumıniya da daxil olmaqla, Avropadakı NATO ölkələrində kifayət qədər hava hücumundan müdafiə imkanları yoxdur.

Bizimyol.info xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Rumıniyanın "Antena 3" televiziya kanalına verdiyi müsahibədə bildirib.

"Bəli, razıyam, bu, həm Rumıniyanın özünə, həm də müttəfiqlərimizə aiddir. NATO-nun Avropa ərazisində hava hücumundan müdafiə sistemlərimizin potensialını 400% artırmalıyıq", - deyə o, jurnalistin alyansın şərq cinahında hava hücumundan müdafiə imkanlarının çatışmazlığı ilə bağlı sualına cavab verib.

Onun sözlərinə görə, NATO-nun müdafiə investisiyalarını artırmaq qərarına gəlməsinin səbəbi məhz budur. Eyni zamanda, Rutte vurğulayıb ki, alyans ölkələri "yaxşı qorunur".

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
icma.az

1Mənbələr