Bakı. Trend:
“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 2025-ci ilinüçüncü rübündə ümumi neft hasilatından Macarıstanın “MOL Group”şirkətinin payına düşən hasilat gündəlik 13 200 barel neftekvivalentinə yüksəlib ki, bu da 2024-cü ilin eyni dövründəki 12500 barel göstəricisi ilə müqayisədə 5,6 faiz çoxdur.
Bu barədə Trendşirkətin son məlumatlarına istinadən xəbər verir.
Bu göstəricinin gündəlik 12 800 barrel təşkil etdiyi 2025-ciilin ikinci rübü ilə müqayisədə, hasilat 3,1 faiz artıb.
AÇG üzrə Məhsulun Pay Bölgüsü Sazişinin (PSA) iştirakçılarıadından layihənin operatoru olan bp şirkətinin məlumatına görə,2025-ci ilin doqquz ayı ərzində yataqlarda orta gündəlik hasilattəxminən 327 000 barel olub, halbuki 2024-cü ilin eyni dövründə bugöstərici 339 000 barel idi.
AÇG layihəsində pay bölgüsü aşağıdakı kimidir: bp (30,37%),SOCAR (31,65%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%),TPAO (5,73%), ITOCHU (3,65%), ONGC Videsh (2,92%).