AZ

“Tramp Amerikaya göylərdən göndərilib...”

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Donald Tramp göylərin Amerikaya göndərdiyi böyük dövlət xadimidir”.

“Qafqazinfo” “AKIPress”ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ağ Evdə “С5+1” formatında keçirilən görüşdə bildirib.

O, Trampın seçkilərdə qələbə qazanmasından düz bir il keçdiyini xatırladıb: “Mən əminəm ki, siz ABŞ-nin daxili və xarici siyasətinə sağlam düşüncə və bizim yüksək qiymətləndirdiyimiz ənənəvi dəyərləri geri qaytarmaq üçün göylərdən göndərilmiş böyük dövlət xadimisiniz”.

Qazaxıstan lideri ABŞ Prezidentinin yürütdüyü siyasətin bütün dünyada dəstəkləndiyini diqqətə çatdırıb.

Xatırladaq ki, noyabrın 6-sı Ağ Evdə D.Trampın Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri ilə “C5+1” formatında görüşü keçirilib. Sammitdə bu danışıqlar formatının 10 illiyi qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
qafqazinfo.az

1Mənbələr