Bu ilin yanvar-sentyabr aylarında Şərqi Avropa ölkələrindən Azərbaycana 84,2 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin sentyabr ayında qeyd edilən regiondan ölkəyə 12,4 mindən çox xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2024-cü ilin sentyabr ayına nisbətdə 7 faiz, cari ilin avqust ayına nisbətdə isə 16,6 faiz çoxdur.
2025-ci ilin sentyabr ayında Şərqi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:
Ukrayna – 3 555
Belarus – 2 952
Polşa – 1 615
Macarıstan – 569
Çexiya – 462
Rumıniya – 459
Bolqarıstan – 409
Moldova – 395
Litva – 326
Latviya – 312