AZ

İranla bağlı xəbərdarlıq edildi

BAKI, 7 noyabr. TELEQRAF

“İsrail və ABŞ-nin nüvə obyektlərinə hücumlarına baxmayaraq, İran hələ də kifayət qədər zənginləşdirilmiş uran və nüvə silahı yaratmaq üçün lazım olan texniki resurslara malikdir”.

Teleqraf xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi deyib.

“İsrail və ABŞ-nin Natanz, İsfahan və Fordoya hücumlarından sonra İranın nüvə proqramı ciddi şəkildə zədələnib, amma Tehran hələ də yaxın gələcəkdə bir neçə nüvə silahı istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş uran və texniki imkanlara malikdir. İranın həmin sənaye və texnoloji bazanı bərpa etmək üçün vaxta ehtiyacı var. Hesablamalara görə, bu proses bir il və ya daha çox vaxt aparacaq”, - o əlavə edib.

AEBA-nın baş direktorunun sözlərinə görə, İranın nüvə materialının böyük bir hissəsi hələ də dağıdılmış obyektlərdə qalır və bu materiallar onlara bir neçə nüvə silahı yaratmağa imkan verir.

Rafael Qrossi belə davam edib: “Bu gün İranda nüvə fəaliyyətləri çox məhduddur. Onların cənubda elektrik stansiyası və ya başqa fəaliyyətləri var. İran hazırda heç bir zənginləşdirmə aparmır, amma bu, gələcəkdə bunu etməyəcəyi anlamına gəlmir”.

Seçilən
28
2
teleqraf.com

3Mənbələr