AZ

Nazir: Bu il dotasiyadan istifadə normal səviyyədədir, amma subvensiya və subsidiya üzrə istifadə çox aşağıdır

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 7 noyabr, AZƏRTAC

Bələdiyyələrə bu gün dotasiya, subvensiya və subsidiya ayrılır. Cari il üzrə dotasiyadan istifadə normal səviyyədədir, amma subvensiya və subsidiya üzrə bu il istifadə çox aşağıdır.

AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev noyabrın 7-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, ümumilikdə cari il üzrə ayrılmış vəsaitin doqquz ayın yekunlarına görə istifadəsi 50 faizdir. Ona görə də növbəti il üzrə bu vəsaitlərin artırılması planlaşdırılmayıb, eyni rəqəm olaraq saxlanılacaq. Subvensiya və subsidiya ilə bağlı yanaşmalara gəldikdə isə, subvensiyanın əsas qayəsi ondan ibarətdir ki, bu, ünvanlı vəsaitdir və konkret olaraq ayrıldığı istiqamət üçün istifadə olunmalıdır. Subsidiyalarla bağlı analoji meyarlarımız mövcuddur. Əlbəttə ki, növbəti dövrlərdə əgər mexanizmlərin daha da inkişaf etdirilməsinə hər hansı bir dəyişiklik edilməsinə dair təkliflər olacaqsa, məmnuniyyətlə biz baxarıq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
2
azertag.az

3Mənbələr