Axsham.az saytına istinadən ain.az xəbər verir.
Əməkdar asrtist Təyyar Bayramov müğənni Kərim Abasovun onunla bağlı dediyi qalmaqallı sözlərə münasibət bildirib.
Axşam.az xəbər verir ki, muğam ifaçısı "Rəngarəng" proqramında bu haqda ünvanlanan suallara əsəbiləşib:
"Həyatda hər kəsin bir mövqeyi var. Bizim də mövqeyimiz sənətlə gündəmə gəlməkdir. İnsan robot deyil, haradasa ifa alına və ya alınmaya bilər. Kərimlə münasibətim pis olmayıb. Fikrini aydınlaşdırıb. Həyatdır da, kimsə nəyəsə görə nəsə paylaşır. Bu söhbəti bağlayın. Kim nəyi hansı fikirlə deyib hamısı həllini tapıb".
Qeyd edək ki, Kərim Xalq artistləri Nazpəri Dostəliyeva, Samir Cəfərov və Əməkdar artist Təyyar Bayramovun ifasını tənqid edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.