AZ

Dünyanın ən populyar 10 avtomobilinin adı açıqlanıb

“Focus2move” portalı araşdırma apararaq 2025-ci ilin yanvar-sentyabr ayları arasında dünyanın ən populyar avtomobillərinin siyahısını tərtib edib.

2025-ci ilin ilk doqquz ayının yekunlarına əsasən, dünyada ən populyar yeni avtomobil Yaponiya istehsalı olan Toyota RAV4 krossoveri olub. Satışlarda 11,2 faiz artım sayəsində o, bir pillə yuxarı qalxaraq bazarın 2,5 faizini tutub. İkinci yerdə Toyota Corolla qərarlaşıb. Hesabat dövrü ərzində onun satışları 8,2 faiz azalıb. Lider "üçlüyünü" isə elektrikli krossover Tesla Model Y (-11,2%) tamamlayır.

İlk 10-luğa həmçinin Ford F-Series, Honda CR-V, Chevrolet Silverado, Toyota Camry, Hyundai Tucson, Toyota Hilux və Kia Sportage də daxildir.

Əvvəllər Toyota-nın ən etibarsız avtomobilləri qeyd olunmuşdu. GR Supra idman kupe, son 20 il ərzində yapon istehsalçısının ən çox problem çıxaran avtomobili kimi önə çıxıb. . Əyləc köməkçi sistemi və təhlükəsizlik kəməri dartıcıları ilə bağlı problemlər çox yayılmışdır.

Toyota bZ4X həmçinin brendin ən az etibarlı yeni modeli hesab olunur. Sahiblərin qarşılaşdığı ən çox yayılmış problem mərkəz boltlarının keyfiyyətidir.

Almaz Həsənli

Seçilən
41
oxumeni.az

1Mənbələr