AZ

Gədəbəy rayonunun sənayesi haqqında » AzadMedia.az


2025-ci ilin yanvar-sentyabr aylarında Gədəbəy rayonunda sənaye sektorunda artım müşahidə olunmuşdur. Ddoqquz aylıq dövrdə rayondakı sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən ümumilikdə 176966,8 min manatlıq məhsul və xidmət istehsal edilmişdir. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 69,5 faiz çox sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. Malların istehsalı və xidmətlərin göstərilməsinin 172615,1 min manatı qeyri-dövlət sektorunun payına düşmüş. Bu göstəricilər bir daha göstərir ki, rayon üzrə sənaye sektorunda qeyri-dövlət sektorunun rolu sürətlə artmış və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 dəfə çox olmuşdur.

Sənaye məhsulunun 84,5 faizi mədənçıxarma sektorunun, 13,1 faizi emal sənayesinin, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun, 0,1 faizi ilə su təchizatı; tullantıların təmizlənməsi və emalı təchizatı sektorunun payına düşmüşdür.

Mədənçıxarma sahəsində xüsusilə metal filizlərinin hasilatı 3,6 artmışdır. Bu göstərici rayonun təbii ehtiyatlarının səmərəli istifadəsinin və sənaye aktivliyinin artmasının bariz nümunəsidir.

Emal sənayesində də inkişaf tempi müşahidə olunur. 2025-ci ilin yanvar-sentyabr aylarında 23188,4 min manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Rayon üzrə məhsul istehsalının ümumi həcmində 13,1 faiz təşkil etmiş və 2024-cü ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə artmışdır. İçki məhsullarının istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən artaraq 15153,9 min manat olmuş və emal sənayesi sektorunun 65,4 faizini təşkil etmişdir. İçki məhsullarının istehsalı 6,4 dəfə, tikinti materiallarının istehsalı 1,6 dəfə, maşın və avadanlıqlarının quraşdırılması və təmiri 1,1 dəfə artım qeydə alınmışdır.

Qida məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 219,2 min manat azalmışdır.

Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində müsbət dinamika var: müəssisələr tərəfindən 2025-ci il yanvar-sentyabr aylarında 4100,8 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmiş və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artmışdır.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsalın real həcmi 250,9 min manat təşkil etmişdir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artmışdır.

Ümumilikdə, bu göstəricilər əsasında 2025-ci ilin doqquz ayı ərzində rayonda sənaye istehsalının yüksəlişi, qeyri-dövlət sektorunun fəallaşması və iqtisadi artımın davam etməsi ilə yadda qalmışdır. Bu nəticələr rayon üzrə sənaye potensialının gücləndiyinin və inkişafının göstəricisidir.





Gədəbəy Rayon Statistika İdarəsinin rəisi İsmayıl Məmmədov
Seçilən
42
1
azadmedia.az

2Mənbələr