"Meta" daxili sənədlərdə 2024-cü ildə ümumi satışlarının təxminən 10%-nin və ya təxminən 16 milyard dolların saxta sxemlərin və qadağan olunmuş malların onlayn reklamından əldə ediləcəyini proqnozlaşdırıb.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, reklamlar arasında saxta investisiya və ticarət layihələrini, qeyri-qanuni onlayn kazinoları və qadağan olunmuş tibbi məhsulların satışını təşviq edənlər də olub. Əldə olunan şirkət sənədləri "Meta"nın "Facebook" və "Instagram"da saxta reklamların miqyasını qiymətləndirmək cəhdlərini göstərir.
Qeyd olunur ki, "Meta"nın 2024-cü ildə ümumi satışları 164,5 milyard dolları ötüb. Ötən həftə şirkət üçüncü rübdə gəlirinin illik müqayisədə 26% artaraq 51,24 milyard dollara çatdığını bildirib.
Bundan başqa nəşr 2024-cü ilin dekabrında açıqlanan aldadıcı xarakter daşıyan "yüksək riskli" fırıldaqçı reklamlardan illik gəlirin 7 milyard dollar olduğunu təxmin edən sənədə də istinad edib.